Bulvarın baş planı hazırlanır
05 mart 2019 15:52 (UTC +04:00)

Bulvarın baş planı hazırlanır

Nazirlər Kabinetinin 17 may 2018-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət istiqamətində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan 22,23 hektar ərazi Dənizkənarı Bulvar İdarəsinin istifadəsinə verilib.
 
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, bununla da Dənizkənarı Milli Parkın ərazisi 214,164 hektara çatdırılıb. Hazırda Dənizkənarı Milli Park ərazisinin baş planı hazırlanır.
 
Hesabatda o da bildirilir ki, 2018-ci ildə Dövlət Bayrağı Meydanı ərazisində bərpa və yenidənqurma işlərinə başlanıb. Velosiped meydançası yenidən qurulub, həmin əraziyə 1250 kv.m tamet və 1000 p/m səki daşları düzülməklə açıq idman sahəsinin genişlənməsi ilə bağlı işlər başa çatdırılıb. Yeni idman avadanlıqlarının quraşdırılması işi isə davam etdirilir. Estakadanın dənizə doğru genişləndirilmiş günəşvarı hissəsində inşa olunan Gənclər Mərkəzinin tikinti-quraşdırma işləri ilə bağlı məsələlər daim nəzarətdə saxlanılır.
# 516
avatar

Oxşar yazılar