AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib
05 mart 2019 15:46 (UTC +04:00)

AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib. ONA-nın məlumatına görə, tədbirdə UEFA nümayəndələri Qrehem Piker və Massimilano Mihenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Topaz Premyer Liqası və I divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər.
 
UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar. FIFA və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.
# 635
avatar

Oxşar yazılar