<b>Qadınlar günündə hava necə olacaq?</b>
05 mart 2019 14:42 (UTC +04:00)

Qadınlar günündə hava necə olacaq?

“Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq”. Lent.az-ın məlumatına görə, bu barədə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
 
Onun sözlərinə görə, arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq  ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir.
 
"Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”,- deyə U.Tağıyeva bildirib.
# 550
avatar

Oxşar yazılar