<b>Hakimi döyən futbolçularla bağlı <span style="color:red;">YENİ QƏRAR </b>
05 mart 2019 13:44 (UTC +04:00)

Hakimi döyən futbolçularla bağlı YENİ QƏRAR

AFFA-nın İntizam Komitəsi futbol üzrə Azərbaycan çempionatının Region Liqasında keçirilmiş “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyunu ilə bağlı yeni qərar verib. ONA-nın məlumatına görə, komitəyə daxil olan şikayətlərə əsasən hadisə yenidən müzakirə edilib.
 
Əldə olunan əlavə məlumatlara əsaslanan komitə əvvəlki qərarı yenisi ilə əvəzləyib. Belə ki, Sabirabad klubunun futbolçu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra referiyə qarşı fiziki güc tətbiq edib. Ədalət təmsilçisini döyən oyunçu 10 matçlıq diksvalifikasiya olunub.
 
Həmin komandanın heyətində Elmar İsgəndərov da “fərqlənib”. O, matçın 90-cı dəqiqəsində ədalət təmsilçisini təhqir edib, qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd edib. Bu səbəbdən futbolçu 5 oyun cəzalandırılıb.
 
Qeyd edək ki, əvvəlki qərarda hər 2 futbolçu 4 oyun diskvalifikasiya olunmuşdu. 
# 659
avatar

Oxşar yazılar