<b>“Neftçi” cərimələndi</b>
05 mart 2019 13:11 (UTC +04:00)

“Neftçi” cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONA-nın məlumatına görə, yığıncaqda Topaz  Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.
 
“Sabah”la ev matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alan Məhəmməd Mirzəbəyov da “ağ-qaralar”ı ziyana salıb.
 
Müdafiəçi 1 oyun cəzalanıb, “Neftçi” isə 200 manat cərimələnib.
# 566
avatar

Oxşar yazılar