Novruz bayramı ilə bağlı əhaliyə <span style="color:red;">MÜRACİƏT  - <span style="color:red;">VİDEO
05 mart 2019 10:53 (UTC +04:00)

Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Lent.az-a nazirliyin mətbuat xidmətinə istinadən müraciəti təqdim edir:

“Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Qaydalara biganəlik - həyatımıza təhlükədir!”.

 

 

# 1349
avatar

Aygün İbrahimli

Oxşar yazılar