<b> Bakının bu rayonunda su olmayacaq – <span style="color:red;">XƏBƏRDARLIQ</b>
05 mart 2019 09:39 (UTC +04:00)

Bakının bu rayonunda su olmayacaq – XƏBƏRDARLIQ

Bakı şəhəri Nərimanov rayonu Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 05 mart 2019-cu il tarixdə gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Lent.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

# 441
avatar

Oxşar yazılar