ABŞ-dan Türkiyəyə qarşı SƏRT QƏRAR
05 mart 2019 09:05 (UTC +04:00)

ABŞ-dan Türkiyəyə qarşı SƏRT QƏRAR

ABŞ Türkiyəyə tətbiq etdiyi ticarət güzəştini ləğv edir.
 
ONA-nın ABŞ bürosunun xəbərinə görə, Birləşmiş Ştatlar Türkiyəyə tətbiq etdiyi imtiyazlı ticarəti dayandırmaq niyyətindədir. 
 
Bu barədə ABŞ ticarət nümayəndəliyindən verilən açıqlamada məlumat verilib. Məlumata görə, ABŞ-ın Türkiyəyə bəzi ixrac mallarının güzəştlə idxalını nəzərdə tutan proqram çərçivəsində tətbiq etdiyi imtiyazın ləğv ediləcəyi bildirilir. 
 
“Türkiyə artıq bu proqramda iştirak edə bilməz. Çünki, iqtisadiyyatı kifayət qədər inkişaf edib”, - deyə nümayəndəlikdən yayılan bəyanatda bildirilir. 
 
Qurum hələ avqust ayından belə qərarın verilə biləcəyi mesajını vermişdi.
# 715
avatar

Oxşar yazılar