Dünyanın ən varlı adamının adı AÇIQLANDI
04 mart 2019 22:55 (UTC +04:00)

Dünyanın ən varlı adamının adı AÇIQLANDI

"Amazon" onlayn-mağazasının yaradıcısı milyarder Ceff Bezos "Forbes" jurnalının illik dünyanın ən varlı insanlarını əks etdirən reytinqində lider mövqeyini qoruyub.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Bezos bir ilə sərvətini 19 milyard dollar artırıb.
 
Hal-hazırda Bezosun var-dövləti 131 milyard dollar təşkil edir (ötən il - 112 miyard dollar).
 
Xatırladaq ki, Bezos 2018-ci ilin mart ayında daha öncə reytinqə başçılıq edən "Microsoft"un yaradıcısı Bill Geytsi ötərək birinci pilləyə yüksəlib.
# 905
avatar

Oxşar yazılar