<b>İki ayda dəm qazından zəhərlənənlərin <span style="color:red;">SAYI AÇIQLANDI </b>
04 mart 2019 14:30 (UTC +04:00)

İki ayda dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI

Bu ilin iki ayı ərzində 42 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə Lent.az-a Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlər arasında ölüm halı baş verməyib: “Dəm qazından zəhərlənənlərdən 4-ü azyaşlı olub. Zəhərlənmə hallarının hamısı  vanna otağında baş verib”.

A.Maqsudov onu da qeyd edib ki, bu ilin ötən müddəti ərzində 24 nəfər dərman vasitələrindən zəhərlənib. Bundan başqa 6 nəfər sirkə turşusundan zəhərlənib.

 

 

# 551
avatar

Aygün İbrahimli

Oxşar yazılar