[b]Bayıl yamacında yaşayanlara kompensasiya NƏ VAXT VERİLƏCƏK?[/b]
04 mart 2019 13:57 (UTC +04:00)

[b]Bayıl yamacında yaşayanlara kompensasiya NƏ VAXT VERİLƏCƏK?[/b]

"Bayıl yamacında ötən ilin fevral baş verən məlum sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib". Bunu Lent.az-a Səbail RİH başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov deyib.

Onun sözlərinə görə, ilk növbədə yararsız hala düşən 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı  98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

Sürüşmə zonasında yerli və xarıcı mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb və hazırda bu işlər davam etdirilir: “Bildirmək istəyirəm ki, bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb.

Ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. NK-nın çıxaracaqı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək".

M.Güləhmədov deyib ki, sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. "Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da şox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər”.

O qeyd edib ki,  məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək.

# 490
avatar

Aygün İbrahimli

Oxşar yazılar