[b]Tovuzda futbol akademiyası yaradılacaq[/b]
04 mart 2019 12:45 (UTC +04:00)

[b]Tovuzda futbol akademiyası yaradılacaq[/b]

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. ONA-nın məlumatına görə, konfransdan sonra İcraiyyə Komitəsinin yığıncağı təşkil edilib.
 
Toplantı başa çatdıqdan sonra keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlər önünə çıxıb. O, öncə iclasda müzakirə olunan məsələlərdən danışıb: "İcraiyyə Komitəsinin iclasında bəzi məsələlər müzakirə olundu. Biri bölgələrdəki futbolla bağlı idi. Qərar verildi ki, Tovuzda futbol akademiyası yaradılsın. Maliyyə ilə bağlı həmin akademiyanın investisiyalarını hesablayacaq və daha sonra FİFA və UEFA ilə bunu müzakirə edəcəyik. Çalışacağıq əksəriyyəti FİFA və UEFA tərəfindən maliyyələşdirilsin. May ayına qədər çox güman ki, layihə hazır olacaq. FİFA və ya UEFA-dan cavab alan kimi, ictimaiyyətə açıqlayacağıq. Çalışacağıq ki, qısa zamanda Tovuzda futbol akademiyası fəaliyyətə başlasın”. 
 
Baş katib bildirib ki, akademiya "Turan" klubunun nəzdində fəaliyyət göstərəcək və AFFA ona nəzarət edəcək: "İdarəetmə klubun tərkibində olacaq. Uşaqlar da kluba məxsus olacaqlar. Ordan gələn maliyyə gəliri də klubda qalacaq. Klubun onları digər klublara icarəyə vermək və satmaq hüquqları olacaq"
 
O, ötən il əvəzedicilərlə bağlı müvafiq qərar verildiyini, onların I divizionda iştirakını xatırladıb: “Lisenziyalaşdırma qaydalarını tətbiq etməliyik. Növbəti mövsüm iştirak edən əvəzedici komandalar illik AFFA-dan 50 min manat maliyyə vəsaiti alacaqlar. İmtina edən komandalar 100 min manat cərimə olunacaqlar. Bundan başqa, qadınlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı təsdiqləndi. Həmçinin VAR sistemi ilə bağlı səmərəli müzakirələr aparıldı. İcraiyyə Komitəsinin qərarına əsasən, katibliyə və hakimlər komitəsinə tapşırıq verildi ki, hazırlıq işləri aparılsın. İstəsək belə, növbəti mövsümə bunu tətbiq etmək mümkün deyil. Çünki minimum 10 aylıq hazırlıq müddəti var və sonra təlimlər təşkil etməliyik".
 
# 614
avatar

Oxşar yazılar