[b]Bu yolda hərəkət məhdudlaşdırılıb[/b]
04 mart 2019 11:22 (UTC +04:00)

[b]Bu yolda hərəkət məhdudlaşdırılıb[/b]

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
 
Verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.
 
Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
 
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
# 374
avatar

Oxşar yazılar