<b>Rövnəq Abdullayev Qurban Qurbanovun komandası haqda: "<span style="color:red;">Uğursuz oldu "</b>
04 mart 2019 10:46 (UTC +04:00)

Rövnəq Abdullayev Qurban Qurbanovun komandası haqda: "Uğursuz oldu"

AFFA-nın növbəti Hesabat Konfransı öz işinə başlayıb.
 
ONA-nın məlumatına görə, yığıncağı giriş sözü ilə açan AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə baş tutacaq Avropa Liqasının final görüşü barədə danışıb.
 
Qurum rəhbəri bunun üçün hər cür şərait yaradıldığını deyib: "İlk növbədə futbol ictimaiyyəti adından cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu il Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün cənab prezident tərəfindən hər cür əlverişli şərait yaradılıb".
 
AFFA prezidenti daha sonra klublarımızın arokuboklardakı çıxışından danışıb. O, həmçinin millimizin Millətlər Liqasında uğursuz nəticə əldə etdiyini də açıqlayıb: "Qarabağ" bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram".
 
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmana yüksək səviyyədə qayğı göstərildiyini qeyd edib:
 
"Azərbaycanda idmana qayğı hər zaman dövlət siyasətinin bir hissəsi olub. Bakıda və müxtəlif şəhərlərimizdə beynəlxalq yarışlar keçirilir. Futbol da ən populyar idman növü kimi, bu tədbirlərdən geri qalmır. Bu il Avropa Liqasının final görüşü ölkəmizdə olacaq. Həmçinin hələn il Avropa çempionatının 4 oyunu Bakıda baş tutacaq. Ölkə futbolunun inkişafı istiqamətində böyük işlər görülür. Əminəm ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü uğurla təşkil ediləcək".
 
Ardından video-çarx təqdim olunub.
 
# 562
avatar

Oxşar yazılar