“ASAN Həyat”da Bahar Festivalı - FOTO
04 mart 2019 10:24 (UTC +04:00)

“ASAN Həyat”da Bahar Festivalı - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.
 
ONA-nın məlumatına görə, martın 2-dən 19-dək davam edəcək Festival çərçivəsində Quba, Şəki və  Masallı, “ASAN Həyat” komplekslərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
 
Qubada başlayan festivalda möhtəşəm konsert proqramı, milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhləvan və kəndirbaz oyunları təşkil olunub, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçirilib.
 
“ASAN Xidmət”in "İnnovasiyalar Mərkəzi"nin direktoru Tağı Tağızadə festival barədə danışaraq bildirib ki, məqsəd xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir.
# 726
avatar

Oxşar yazılar