Radiolar rəqəmli yayıma keçir: <span style="color:red;">"Çətinliklər yaradacaq"
04 mart 2019 10:31 (UTC +04:00)

Radiolar rəqəmli yayıma keçir: "Çətinliklər yaradacaq"

“2019-cu ilin sonu və ya 2020-ci ilin əvvəlində Bakı və Abşeron yarımadasında rəqəmli radio yayımının tətbiqi gözlənilir”. 

 

Bu barədə Lent.az-a Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmli radio yayımına keçilməsi əhali üçün əlavə problemlərə yol açacağından Azərbaycanda analoq radio yayımı bir müddət dayandırılmayacaq.

 Şöbə rəisi bildirib ki, dünyada yalnız Norveçdə analoq radio yayımı tamamilə söndürülüb və hazırda bu ölkədə radio yayımı yalnız rəqəmli formada aparılır: “Bu hal əhalinin böyük narazılığına səbəb olub. Elə bu səbəbdən də Pribaltika ölkələri rəqəmli radio yayımının tətbiqini dayandırıblar.

Məlumdur ki, yayım sistemlərinin inkişafı həmişə qəbuledicilər tərəfindən məhdudlaşdırılır. Azərbaycanda də bu yayımın tətbiqi əhali üçün müəyyən maddi məsrəflərə səbəb olacaq. Xüsusilə, avtomobillərdə  sürücülərin hazırda istifadə etdikləri radioların yenisi ilə əvəz olunması müəyyən çətinliklər yaradacaq. Ona görə də biz MTRŞ olaraq radio yayımının tamamilə rəqəmliyə keçirilməsinə tələsmirik. Rəqəmli radio yayımı tətbiq ediləndən bir müddət sonra da paralel olaraq analoq radio yayımının davam etdirilməsi məqsədəuyğun hesab olunmalıdır.

Eyni zamanda qeyd olunmalıdır ki, yeni elmi və texniki nailiyyətlərin qarşısı alına bilməz. Rəqəmli radio yayımının üstünlükləri bəllidir və o öz tətbiqini hökmən tapacaq”.

İ.Məmmədov onu da qeyd edib ki, rəqəmli radioyayım vericiləri rəqəmli televizya ötürücülərindən daha ucuzdur və bu cəhətdən Azərbaycanda rəqəmli radioyayımın verici şəbəkəsinin qurulması böyük çətinliklər yaratmayacaq. O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi ilk addım kimi Bakı şəhəri və Abşeron yarımadası ərazisində rəqəmli radio yayımının tətbiq olunmasını vacib hesab edir. Şöbə rəisi rəqəmli radio yayımının  bu ilin sonu və ya 2020-ci ilin əvvəlində baş tuta biləcəyini də əlavə edib. 

# 823
avatar

Aygün İbrahimli

Oxşar yazılar