[b]Tikinti və təmir işlərinin aparılması üçün tender elan edidi[/b]
04 mart 2019 09:24 (UTC +04:00)

[b]Tikinti və təmir işlərinin aparılması üçün tender elan edidi[/b]

Bakı Şəhər İcra Hakimiyyəti şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üçün açıq tender elan edib.
 
 
 
ONA-nın məlumatına görə, tender Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri , məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün və sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmiri ilə əlaqədardır.
 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan ala bilərlər. İştirak haqqı 1-ci və 2-ci işlərin hər biri üçün  750 manat, 3-cü iş üçün isə 400 manatdır.
 
 
 
Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır, (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 9 aprel 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər. Tender təklifi və bank zəmanəti 16 aprel 2019-cu il saat 17.00-dək təqdim olunmalıdır. Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. Təklif zərfləri 19 aprel 2019-cu il saat 10.00-da açılacaq.
# 966
avatar

Oxşar yazılar