"Reynaldonun oynamasından ehtiyat elədik" - Qurban Qurbanov
04 mart 2019 00:32 (UTC +04:00)

"Reynaldonun oynamasından ehtiyat elədik" - Qurban Qurbanov

“Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”. 
 
Lent.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Təcrübəli mütəxəssis bəzi aparıcı futbolçuların meydana çıxmamasının səbəbini açıqlayıb: “Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Meydançanın süni ot örtüyü olmasına görə Reynaldonun oynamasından ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidir”.
 
Q.Qurbanov əvəzedici komandaya göndərdiyi Araz Abdullayevin yenidən əsas heyətə qaytarmasına da aydınlıq gətirib: “Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddəti oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım”.
# 588
avatar

Oxşar yazılar