Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
03 mart 2019 23:26 (UTC +04:00)

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

Aktrisa Serenay Sarıkaya xəstəxanaya yerləşdirilib.
 
Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu barədə aktrisa özü məlumat verib.
 
O, xəstəxanada çəkilən fotosunu paylaşıb və bu sözləri yazıb:
 
"Bunu buraya qoymaq istədim, çünki məqsədim xatırlatmaqdır. İçində olduğum bu yeni dünyanın yaşatdığı hər şey, yaxşı, ya da pis olmasına baxmayaraq təcrübədir. Son 3 oyunda sistemlərlə ayağa qalxa bilirəm. 
 
Bəzən qaldıra biləcəyimdən çox stress və gərginlik yaşayıram. Bu səhnə illərdir içində olduğum televiziya, film aktrisalığından daha çoxdur. Öyəşdiyimdən daha fərqlidir. Səhnənin başqa qaydaları var. Xəstəyəm, gələ bilmirəm demək olmur. Bütün ustalara salam olsun. Səhnənin tozu artıq damarlarıma girib".
# 830
avatar

Oxşar yazılar