25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
03 mart 2019 17:24 (UTC +04:00)

25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub - FOTO - YENİLƏNİB

İyirmi beş ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub.

 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Həziyeva Aynurə Arif qızı ilə Fərhadov Akif Maşallah oğlunun toy mərasimi keçirilib.
 
Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər.
 
Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar.

 

16:20

 

 

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlıda kəndində əlamətdar gündür.

Lent.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ictimaiyyətin yaxından tanıdığı, 24 il ərzində düşmənin işğal altındakı mövqelərinin qarşısında kənddə tək yaşayan Oqtay Həziyevin qardaşının qızının toyudur.

Hazırda davam edən mərasimdə kənd sakinləri ilə yanaşı qonşu və ətraf rayonların rəhbər şəxsləri, müxtəlif qurumların rəhbərləri də iştirak edirlər.

 

Xatırladaq ki, O.Həziyevin düşməndən qorxmadan kənddə uzun illər tək yaşaması dövlət tərəfindən xüsusi qiymətləndirilib. Belə ki, prezident İlham Əliyev 14 iyun 2017-ci ildə doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Həziyev Oqtay Əbil oğlunu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Qeyd edək ki, Lələtəpənin işğaldan azad edilməsindən sonra Cocuq Mərcanlı düşmənin açıq hədəfi olmaqdan xilas edilib. Bundan sonra kənd sakinləri doğma torpaqlarına geri qayıdıb. Pezidentin sərəncamı ilə tikilən evlərdən biri də məhz O.Həziyevin ailəsinə verilib.

 

 

 

# 1056
avatar

Oxşar yazılar