Sabah hava necə olacaq? - PROQNOZ
03 mart 2019 13:03 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

 
Sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin martın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
 
Səhər ayrı-ayrı yerlərdə zəif duman, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-11° isti,Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.
# 559
avatar

Oxşar yazılar