[b]Açıq Avropa kuboku: Azərbaycanın iki cüdoçusu finala yüksəlib[/b]
02 mart 2019 19:56 (UTC +04:00)

[b]Açıq Avropa kuboku: Azərbaycanın iki cüdoçusu finala yüksəlib[/b]

Martın 2-də Polşanın paytaxtı Varşavada start götürən açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finala vəsiqə əldə edib.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ilk günü tatami ustalarımız üçün uğurlu olub. Altmış kiloqram çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə qazaxıstanlı Kanat Selxan, fransalı Pierre Dumontier, holland Bas Koffeberq və daha bir fransalı idmançı Vincent Anquesti məğlub edərək finala yüksəlib.
 
Altmış altı kiloqram çəki dərəcəsində isə İbrahim Əliyev Simon Yasinski (Polşa), Yarin Menagedi (İsrail), Sunggat Jhubatkanı (Qazaxıstan) və Artyom Falkivkini (Ukrayna) məğlub edərək finalda döyüşmək hüququ qazanıb.
 
Qeyd edək ki, 38 ölkədən 308 idmançının mübarizə apardığı qitə turnirində 14 cüdoçumuz medallar uğrunda yarışır.
# 794
avatar

Oxşar yazılar