“Buratino” Musiqili Teatrda - <span style="color:red;">Premyera
02 mart 2019 19:30 (UTC +04:00)

“Buratino” Musiqili Teatrda - Premyera

Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr günü münasibətilə “Buratino” musiqili nağıl tamaşasının premyerası olacaq. Bu barədə Lent.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Premyera martın 9-10-da saat 12:00-da başlayacaq.

# 897
avatar

Oxşar yazılar