[b]Azərbaycan yığmasının sabiq məşqçisi bu klubda çalışacaq[/b]
02 mart 2019 14:21 (UTC +04:00)

[b]Azərbaycan yığmasının sabiq məşqçisi bu klubda çalışacaq[/b]

Futbol üzrə Azərbaycan milli komandasının (U-21) məşqçisi Vladislav Yanuşun yeni iş yeri müəyyənləşib.
 
ONA-nın xəbərinə görə, iki ay öncə yığmamızdan ayrılan 38 yaşlı bolqarıstanlı mütəxəssis karyerasını vətənində davam etdirəcək. 2017-ci ilin dekabrında baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin olunan, bu postda bir il çalışan Yanuş Bolqarıstan çempionatının ikinci liqasında mübarizə aparan “Arda” klubu ilə anlaşıb. O, yeni komandasında Stoyço Stoyevin köməkçisi təyin edilib.
 
Qeyd edək ki, Yanuş Azərbaycan yığmasına qədər Bolqarıstan millisi, “Lokomotiv” (Plovdiv), “Beroe”, “Vereya” və “Liteks” klublarında da məşqçi fəaliyyəti göstərib.
 
# 633
avatar

Oxşar yazılar