<b>Sabah hava dəyişəcək - <span style="color:red;">XƏBƏRDARLIQ </b>
02 mart 2019 13:06 (UTC +04:00)

Sabah hava dəyişəcək - XƏBƏRDARLIQ

 

 

Ölkə ərazisində bazar günü müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Gecə saatlarında çiskinli olacağı ehtimalı var. 
 
Cənub-qərb  küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu  gecə 2-5° isti, gündüz  8-10° isti təşkil edəcək.
 
Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 
 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti təşkil edəcək.
 
 
Tibbi-meteoroloji proqnoza gəlincə, bartın 3-ü gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin 
əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 
 
 
ETSN sabah hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıda bildirilir ki, martın 3-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.
 
 
Sabah əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti təşkil edəcək. 


 

# 1267
avatar

Oxşar yazılar