Sürüşmə zonasında yaşayanların NƏZƏRİNƏ: Yeni QƏRAR gözlənilir
02 mart 2019 11:26 (UTC +04:00)

Sürüşmə zonasında yaşayanların NƏZƏRİNƏ: Yeni QƏRAR gözlənilir

"Bayıldakı sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə deyil. Bu, təbii prosesdir". Lent.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
 
Onun sözlərinə görə, sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. "Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı".
 
Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxıldığını deyən E.Əzizov bildirib ki, NK-nın orada yaşayanlarla bağlı yaxın günlərdə yeni qərarı verəcək: "Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib".
# 585
avatar

Oxşar yazılar