Çayların suyu azalacaq -<span style="color:red;">ETSN
02 mart 2019 11:17 (UTC +04:00)

Çayların suyu azalacaq -ETSN

"İqlim dəyişmələrinin həssas ərazilərə təsiri böyükdür. Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır". Lent.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.
 
Onun sözlərinə görə, su ehtiyatlarının azalmasına iqlim dəyişmələrinin də təsiri var. M.Əbdülhəsənov hesab edir ki, gələcəkdə bu amil eləcə də çaylara öz təsirini göstərə bilər. İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək.
 
"Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük. Amma ölkəmiz bu sahədə strategiyalar, milli proqramlar qəbul edib, adaptasiya tədbirləri müəyyənləşdirib. İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə, insanlara təsirinin azaldılması üzrə tədbirlər müəyyənləşdirilib. İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikirik. Taxtakörpü Su Anbarı, Tovuz Su Anbarı, Şəmkirçay Su Anbarı bu günün iqlim dəyişmələrindən yarananan fəsadlara yönəlib”.
 
Dediyinə görə, gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. M.Əbdülhəsənov bunun üçün çayların mühafizə olunmasını, çayların ekoloji axını bərpa edilməsini, yaşıl texnologiyalardan, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməsin, sudan qənaətlə, lazım gəldikdə təkrar istifadə olunmasını vacib sayır.
 
"Tullantı sularını təmizləyib dənizə atırıq. Amma niyə atırıq?! Biz ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər”.
 
Nazirlik rəsmisi əlavə edib ki, bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir. Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür ki, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda, su kanallarında itir.
 
Onun sözlərinə görə, Azərbaycanda suyun 30 faizi daxili çaylar hesabına formalaşır, suyun 70 faizi kənardan çirklənmiş halda ölkəmizə daxil olur.
# 489
avatar

Oxşar yazılar