<b>Damlanın "Youtube" kanalını bağladılar</b>
02 mart 2019 11:10 (UTC +04:00)

Damlanın "Youtube" kanalını bağladılar

Müğənni Damlanın "Youtube" kanalı bağlanıb.
 
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi bunun həmkarlarının işi olduğunu iddia edib:
 
"Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də "Youtube" kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız. 
 
Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hakerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək".
 
Qeyd edək ki, Damlanın videolarının baxış sayı "Youtube"da milyonu keçmişdi.
# 821
avatar

Oxşar yazılar