Atletimiz Avropa çempionatının final mərhələsinə yüksəlib
02 mart 2019 10:11 (UTC +04:00)

Atletimiz Avropa çempionatının final mərhələsinə yüksəlib

Atletika üzrə qapalı məkanlarda Avropa çempionatına start verilib.
 
ONA-nın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərində keçirilən yarışın ilk günündə Azərbaycan yığmasının atleti Nazim Babayev də qüvvəsini sınayıb.
 
Təmsilçimiz kişilərin üçtəkanla tullanma üzrə təsnifat mərhələsində çıxış edib. Şəxsi rekordunu yeniləyərək, 16,81 m nəticə göstərən Nazim 3-cü yeri tutub. Bu, idmançımıza final mərhələsində iştirak etmək hüququ verib. N.Babayev təsnifat mərhələsində yalnız portuqaliyalı Nelson Evora (16,89) və almaniyalı Maks Heysdən (16,81) geri qalıb.
 
Qeyd edək ki, 8 idmançının qatılacağı final mərhələsi martın 3-də baş tutacaq.
# 768
avatar

Oxşar yazılar