[b]Ov mövsümü başa çatır - Vaxt açıqlandı[/b]
01 mart 2019 18:44 (UTC +04:00)

[b]Ov mövsümü başa çatır - Vaxt açıqlandı[/b]

"Martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə bildirib.
 
Lent.az xəbər verir ki, 2018-2019-cu il üzrə ov mövsümünün 2018-ci il mayın 26-da elan olunduğunu xatırladan H.Əlizadənin sözlərinə görə, artıq builki ov mövsümü üzrə ov limiti bitmək üzrədir.
 
Nazirlik rəsmisinin bildirib ki, 2019-2020-ci il üzrə ov mövsümü mayın sonunda elan ediləcək.
# 559
avatar

Oxşar yazılar