<b>İstirahətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ -<span style="color:red;"> Hava necə olacaq? </b>
01 mart 2019 17:10 (UTC +04:00)

İstirahətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı açıqlama yayıb.
 
 
Lent.az-ın xəbərinə görə, nazirlik Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırır ki, martın 2-3-də bu bölgədə havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 2-də axşam, 3-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 3-7 dərəcə isti təşkil edəcək.
 
 
Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.
 
 
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi martın 3-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
 
 
Naxçıvan MR-də havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
 
 
ETSN paytaxt qonaqlarının isə nəzərinə çatdırır ki, yaxın iki gündə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi martın 3-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
 
# 504
avatar

Oxşar yazılar