<b>“İqtisadiyyatımızın neftdən asılılığı uzun müddət qalacaq” - <span style="color:red;">Elman Rüstəmov </b>
01 mart 2019 17:30 (UTC +04:00)

“İqtisadiyyatımızın neftdən asılılığı uzun müddət qalacaq” - Elman Rüstəmov

“Problemli kreditlərlə bağlı fərman bankların sağlamlaşdırılmasına əhəmiyyətli dəstək olacaq”.
 
Lent.az-ın məlumatına görə, bunu REAl TV-yə müsahibəsində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
 
E.Rüstəmov deyib ki, bu, bank sektorunun tam şəkildə sağlamlaşdırılmasına gətirib çıxarmayacaq: “İlkin qiymətləndirmədən sonra vəziyyət aydın olacaq”.
 
Mərkəzi Bankın sədri qeyd edib ki, problemli kreditlər xarici şokla, neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi ilə bağlı olub: “Azərbaycanın gəlirlərinin 90 faizindən çoxu neftlə bağlıdır. Biz buna reaksiya verə bilməzdik, devalvasiya qaçılmaz idi. Azərbaycan dünyadan təcrid olunmayıb, bizim dünya iqtisadiyyatı ilə ciddi əlaqələrimiz var. Belə masştablı böhrana reaksiya verməməklə ölkəni gələcəkdə daha böyük fəsadlarla qarşı-qarşıya qoya bilərdik. Azərbaycan 2-3 il ərzində bankrot vəziyyətə düşə bilərdi. Belə ölkələr beynəlxalq maliyyə institutlarından asılı vəziyyətə düşürlər. Dilemma bu idi. Ya da yeni reallıqlara uyğunlaşmaq, yeni neft qiymətlərinə öyrənmək lazım idi. Biz daim belə beynəlxalq şokların olacağını diqqətdə saxlamalıyıq. Biz ixracımızın neftdən asılılığını azaltmalı, iqtisadiyyatı şaxələndirməliyik. Yeni büdcə qaydası bu təsirləri azaltmağa hesablanıb. Ancaq iqtisadiyyatımızın neftdən asılılığı qalır və uzun müddət də neftdən asılılığımız qalacaq. Hələ ki, orta müddətli dövrdə də neft amili qalacaq. Buna görə də bu sahədə çox konservativ siyasət həyata keçirməliyik”. 

 

# 810
avatar

Oxşar yazılar