<b>Yeni direktorlar işə nə vaxtdan başlayacaqlar?</b>
01 mart 2019 17:14 (UTC +04:00)

Yeni direktorlar işə nə vaxtdan başlayacaqlar?

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

 

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

# 790
avatar

Aygün İbrahimli

Oxşar yazılar