<b>Bir nəfər imtahandan qovulub</b>
01 mart 2019 15:49 (UTC +04:00)

Bir nəfər imtahandan qovulub

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün fevralın 17-də keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Verilən məlumata görə, imtahan nəticələri martın 1-də saat 15:05-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.  

 

DİM bildirir ki, imtahanda iştirakı nəzərdə tutulan 3432 nəfərdən 114 nəfər imtahana gəlməyib, 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

 

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına martın 4-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

# 538
avatar

Aygün İbrahimli

Oxşar yazılar