<b>Körpə ölümünə daha çox hansı xəstəliklər səbəb olur?</b>
01 mart 2019 14:25 (UTC +04:00)

Körpə ölümünə daha çox hansı xəstəliklər səbəb olur?

Yeni doğulan və bir yaşınadək körpələr arasında ölüm halları daha çox uşaqlarda tənəffüs üzvlərinin xəstəliklərindən baş verir. Bunu Lent.az-a açıqlamasında  K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.

 

Onun sözlərinə görə, yeni doğulan uşaqların ilk işləyən, hava ilə təmasda olan orqanları tənəffüs üzvləri olduğundan körpələrdə pnevmaniya və digər xəstəliklər özünü göstərə bilir.

 

İkinci isə ölüm halları daha çox perinatal vəziyyətlə bağlı olur.

 

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda bir yaşınadək olan uşaqlar arasında 2033, 2016-cı ildə 1666, 2017-ci ildə isə 1700 bir yaşınadək olan körpə dünyasını dəyişib.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1958-ci ildən başlayaraq 2006-cı ilədək kənd yerlərində körpə ölümü daha çox baş versə də, son illərdə şəhər yerlərində körpə ölümü kənd yerlərini üstələyib.

# 816
avatar

Aygün İbrahimli

Oxşar yazılar