"Sosial paket 2019-cu ilin büdcəsində nəzərə alınmışdı" - RƏSMİ
01 mart 2019 13:11 (UTC +04:00)

"Sosial paket 2019-cu ilin büdcəsində nəzərə alınmışdı" - RƏSMİ

"Prezident ilin əvvəlindən bir çox sosial xarakterli fərman və sərəncam imzalayıb. Bəzilərində belə fikirlər olur ki, bu, 3-5 gündə yaranıb. Bu, belə deyil”.
 
ONA-nın məlumatına görə, bunu Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov  AZTV-nin "Günün nəbzi" proqramında bildirib.
 
N. Əmirov deyib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman da daxil olmaqla, sosial xarakterli addımların maliyyə tutumu 2 milyard 200 milyon manatdan yüksəkdir.
 
Onun sözlərinə görə, dövlət büdcəsində bu vəsait keçən il nəzərdə tutulub: “2019-cu ilin büdcəsi 2018-ci ildə təsdiqlənir. Keçən il təsdiqlənən büdcədə bu sosial paket və onların maliyyələşdirilməsi artıq nəzərə alınmışdı. Əks halda 2019-cu ildə ortaya çıxan fikri bu həcmdə maliyyələşdirmək mümkünsüz olardı. Bu fikirlər keçən ilin əvvəlində, ortasında ortaya çıxan fikirlərdir və büdcədə təsbit olunmuş addımlardır. Bu, Prezident tərəfindən bu il müxtəlif sərəncamlarla həyata keçirilir”.
# 695
avatar

Oxşar yazılar