<b>Aparıcı Nanə müğənniliyə başladı, geyimi <span style="color:red;">TƏNQİD OLUNDU  - VİDEO - FOTO</b>
01 mart 2019 13:07 (UTC +04:00)

Aparıcı Nanə müğənniliyə başladı, geyimi TƏNQİD OLUNDU - VİDEO - FOTO

Aparıcı Nanə Ağamalıyeva yenidən müğənnilik fəaliyyətinə başlayıb. Lent.az-ın məlumatına görə, aparıcı ötən gün “Bağışla” adlı klipinə təqdimat mərasimi keçirib. O bildirib ki, təqdimatı ilə ad gününü bir yerdə qeyd edib. Gecədə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Könül Kərimova, Babək Niftəliyev, Ehtirtam Hüseynov və başqaları iştirak edib. Aparıcının təqdimat mərasiminə geyindiyi geyim isə sosial şəbəkədə müzakirə olunub.

 

Qeyd edək ki, sözləri millət vəkili Qənirə xanım Paşayevaya, musiqisi Gövhər Həsənzadəyə aid olan mahnıya çəkilən klip 3 şəhərdə, Kann, Monte-Carlo və Nitsa şəhərlərində çəkilib. Xarici rejissorlar tərəfindən lentə alınan klipdə aparıcını stilist Anar Ağakişiyev bəzəyib.

 

 

# 1596
avatar

Yalçın UĞUR

Oxşar yazılar