[b]Kreditlərə şamil olunacaq güzəştlərin mahiyyəti açıqlandı[/b]
01 mart 2019 12:45 (UTC +04:00)

[b]Kreditlərə şamil olunacaq güzəştlərin mahiyyəti açıqlandı[/b]

17 min manatadək kreditlərə şamil olunacaq güzəştlərin məqsədi və mahiyyəti açıqlanıb
 
Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının xarici valyutada əsas məbləği 10 min dollaradək kreditlərlə bərabər milli valyutada 17 min manatadək olan kreditlərə şamil olunmasına aydınlıq gətirib.
 
ONA-nın məlumatına görə, N. Əmirov AzTV-nin "Günün nəbzi" proqramında bildirib ki, fərman təkcə devalvasiyadan əvvəl xarici valyutada olan kreditlərə şamil edilmir.
 
Prezidentin köməkçisi deyib ki, fərmanın ikinci hissəsi 2012-ci ildən indiyə qədər istər manatla, istər xarici valyutada götürülən və fevralın 28-nə ən azı 360 gün, yəni 1 il müddətində ödənişi gecikdirilən bütün növ kreditlərə aid olunur: “Əgər vətəndaş 2015-2016-cı illərdə manatlı kredit götürübsə və bu günə qədər yüksək faizi olduğuna görə ödəyə bilməyibsə, 17 min manatlıq kredit bu gün 52 min manatlıq kreditə çevrilib. Prezidentin imzaladığı bu fərmana əsasən 52 min manatın yalnız 17 min manatı əsas məbləğ təşkil edir. Fərmanla 17 min manat kredit saxlanılır, 1 faizlik 5 il müddətinə verilən yeni güzəştli kreditlə əvəz edilir. 17 min manatdan 52 min manat arasında yığılan cərimələr, faizlər hamısı tamamilə bank tərəfindən silinir. Həmin məsələlərlə əlaqədar banklar tərəfindən məhkəmələrə verilən iddialar da geri götürülür. Bu, vətəndaşın sosial yükünü əhəmiyyətli dərəcədə asanlaşdırır.
 
Banklar isə fərmanın həm birinci hissəsi, həm də ikinci hissəsi nəticəsində çox böyük likvidlik əldə etmiş olur. Çünki birinci və ikinci devalvasiya nəticəsində vətəndaşlara ödənilən kompensasiyaların böyük əksəriyyəti mövcud kreditlərin bağlanmasına yönələcək. Digər tərəfdən, vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə fərmanın ikinci hissəsi ilə ödənilən vəsaitlərin də böyük hissəsi banklarda yığılaraq bankların real iqtisadiyyatı maliyyələşdirmək üçün geniş kredit resursuna malik olmasına gətirib çıxaracaq”. 
# 700
avatar

Oxşar yazılar