<b>Sabahdan Novruz yarmarkaları başlayır</b>
01 mart 2019 11:21 (UTC +04:00)

Sabahdan Novruz yarmarkaları başlayır

Novruz bayramının yaxınlaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın (BŞİH) tapşırığına əsasən  paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanılıb. Bu barədə Lent.az-a  BŞİH-nin mətbuat xidmətindən bildirilib.

 

İşlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.

 

Bayramla əlaqədar martın 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayacaq. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcək.

 

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə,  ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

 

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

 

Lent.az Bakı şəhərinin rayonlarında Novruz bayramı münasıbəti ilə təşkil ediləcək bayram yarmarkalarının ünvanlarını təqdim edir:

 

 

Rayonlar

Yarmarkaların ünvanları

Qeyd

1.

Binəqədi

 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi

 

2.

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi

 

3.

Xətai

Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)

 

4.

Xəzər

Mərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106    ( köhnə avtovağzal ərazisi )

 

5.

Pirallahı

Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti

 

6.

Nərimanov

Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı

 

7.

Nəsimi

Mərdanov qardaşları küçəsi 59

 

8.

Nizami

Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)

 

9.

Sabunçu

Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı

 

10.

Səbail

Nizami küçəsi  (Land Mark-ın yaxınlığında)

 

11.

Suraxını

Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi

 

12.

Yasamal

H.Cavid prospekti (H.Cavid  parkınin ərazisində )

 

 

 

# 525
avatar

Aygün İbrahimli

Oxşar yazılar