Qonur ayı vəhşi təbiətə buraxılacaq
01 mart 2019 10:44 (UTC +04:00)

Qonur ayı vəhşi təbiətə buraxılacaq

Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək  Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Bu barədə  Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

 

 

 

# 510
avatar

Oxşar yazılar