<b>Meyxanaçılar arasında <span style="color:red;">QALMAQAL : "Sən nə etmisən ki?" - <span style="color:red;">VİDEO</b>
01 mart 2019 10:01 (UTC +04:00)

Meyxanaçılar arasında QALMAQAL: "Sən nə etmisən ki?" - VİDEO

Meyxanaçı Vüqar Əbdulovun həmkarı İntiqam-Ehtiram qardaşları ilə bağlı qalmaqal səngimək bilmir.
 
Lent.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan Vüqar qardaşların ünvanına bu sözləri deyib: “Verilişlərin birində deyirlər ki, Vüqar düz, ya səhv deyir. Deyiblər ki, artıq sənətə möhürlərini vurublar. Bu fikir çox yüksək səsləndi. Çox qorxdum. Mən Ağasəlimlə meyxana demişəm. 30 ildir ki, sənətdəyəm, bu sözləri heç mən deməmişəm. El-aləm mahnılarımla toylarda pul qazanır. Amma siz “Davay dasvidaniya”dan başqa sən nə etmisən ki? O da bir dövr idi, davamını da gətirə bilmədiniz. Birdə deyib ki, Vüqarın işi “xod” gedəndə heç belə danışmırdı. Mənim işim hər zaman “xod” gedib”.
 
 
 
Qeyd edək ki, İntiqam-Ehtiram qardaşları Vüqar Əbdulovla birgə verilişə çıxmaqdan imtina etmişdilər.
 
# 1477
avatar

Yalçın UĞUR

Oxşar yazılar