Ben Ladenin oğlunun başına 1 milyon pul qoyuldu
01 mart 2019 08:59 (UTC +04:00)

Ben Ladenin oğlunun başına 1 milyon pul qoyuldu

ABŞ-ın Dövlət Departamenti “Əl-Qaidə” başçılarından olan Həmzə Ben Ladenin harada olduğu haqda məlumat verənə 1 million dollar pul verəcək.
 
ONA-nın xəbərinə görə, bu haqda informasiyanı Dövlət Departamentinin rəsmi internet səhifəsi yayıb.
 
“2015-ci ilin avqustundan başlıyaraq o (Ben Laden), internetdə ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etməyə çağırır”, - deyə, Dövlət Departamentinin bəyanatında bildirilir. 
 
Həmzə Ben Laden amerikalı hərbçilər tərəfindən qətlə yetirilən atasının qisasını alacağını dəfələrlə bildirib. O, 2015-ci ildə “Əl-Qaidəyə” qoşulduqdan sonra ABŞ-a qarşı müharibə élan edib.
 
Vaşinqton belə çağırışların dövlət təhlükəsizliyinə zərbə yetirdiyini bildirir və kiçik Ben Ladenin başına pul mükafatı qoymağa qərar verib.       
# 452
avatar

Oxşar yazılar