"Əlvida, Bank! Əlvida, faizlər! Əlvida, Məhkəmə!" – Fərman sosial şəbəkələrdə kütləvi təqdirlə qarşılandı
28 fevral 2019 18:19 (UTC +04:00)

"Əlvida, Bank! Əlvida, faizlər! Əlvida, Məhkəmə!" – Fərman sosial şəbəkələrdə kütləvi təqdirlə qarşılandı

Bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı.

 

Lent.az-ın məlumatına görə, prezidentin fərmanı sosial şəbəkələrdə sevinclə qarşılandı. Sosial şəbəkə istifadəçiləri dövlət başçısının fərmanına öz münasibətlərini ifadə ediblər: 

 

Xaqani Səfəroğlu:

 

"Əlvida, Bank! Əlvida, faizlər! Əlvida, Məhkəmə!

Kreditsiz həyat gözəl imiş!

Sağ olun, cənab prezident!

Əməyi keçən hər kəsə təşəkkür. Məni bi illərdə devalvasiya silahı ilə silahlanmış bank- məhkəmədə "qardaşlığı" qarşısında tək qoymayan Akram Hasanova təşəkkür edirəm. Biz qalib gəldik!"

 

Asəf Quliyev:

 

"Prezidentin problemli kreditlərlə bağlı qərarı, bir sözlə ifadə etsək - ƏDALƏTLİDİR!"

 

Şəbnəm Qarslı:

 

"Kimin sədri döyər?" yarışına start verildi. Qərarı prezident verir, eyforiyasını müxalifət yaşayır)))

 

Ceyhun Musaoğlu:

 

“Bu günü bayramlar siyahısına yazın”

 

Elşad Məmmədli:

 

"İnsanları sevincli, dövlətinə güvənli görmək çox gözəldir.

Nə qədər insan sevinir bu gün...  İlkin məlumata görə, kredit güzəştləri azı 800 min ailəyə şamil olunur. Bu, iqtidara azı 1 milyon 600 min nəfərlik seçici xalı gəlməsi deməkdir. İnsanların belini qırıbmış kredit... Və hərə əlində bir kalkulyator, kağız-qələm bankdan geri alacağı pulu hesablayır... Sevinclə, dua oxuya-oxuya..."

 

Elchin Rustamli:

 

"Problemli kreditlərin həlli bağlı verilən qərar gec olsa da, yaxşı addımdır. Yüz minlərlə insan yüngülləşəcək, bankların psixoloji basqılarından qurtulacaq. Dövlətə inam yaranacaq".

 

Bəxtiyar Hacıyev:

 

"Hökumətin filan addımı bizim filan kampaniyanın nəticəsidir" deyəndə, o "qanun layihəsi" adlandırılan mətn ilə bu gün imzalanmış fərmanın mətni (ən azından, peşəkar hazırlanması baxımından) arasındakı fərqi görə bilmirlər, doğrudan? Görmürlərsə, o mətnə "qanun layihəsi" deyib, bunun təsiri olduğunu düşünürlərsə, doğrudan da tələsməyib, hələ xeyli təcrübə toplamalıdırlar :) Ən azından qanun layihəsi yazmaq baxımından təcrübə lazımdır. Sanki, 1-ci kurs tələbəsi bir fəndən öz kurs işini doktorluq işi adı ilə təqdim edir :)

 

Nərminə Məmmədova:

 

"Prezident 800 min nəfərin kredit problemini birdəfəlik həll etdi"

 

Nicat Hüseyn Dağlar Prezidentin fotosunu paylaşıb:

 

“Qədrini bilməli, qorumalıyıq!”

 

Zülfiyyə Quliyeva:

 

"Mən Bankdan kredit götürəndən 2 ay sonra devalvasiya baş vermişdi. Məzənnədə baş verən dəyişiklikdən sonra o krediti ödəmək iqtidarında deyildim. Ona görə də bankla danışaraq, ödəniş müddətində güzəşt edilməsini, faizin aşağı salınmasını xahiş etdim. Amma bu danışıqlar nəticə vermədiyindən, məcburən, həm də müsbət ödəniş tarixçəm pozulmasın, məhkəmələrə düşməyim deyə, çətinliklə də olsa, o krediti manat-manat toplayaraq, zülmlə bağladım. Həmin krediti bağlamaq üçün qiymətli əşyalarımı satmağa, müəyyən xərclərimi ixtisara salmağa məcbur oldum. Çünki o məbləği ödəmək qeyri-mümkün idi.

 

Prezidentin bu fərmanını görəndə uşaq kimi sevindim. Birinci bizə şamil olunmayacağı barədə məlumatlar verildi. Amma içimdə bir inam vardı ki, cənab Prezident vətəndaşları arasında ayrı-seçkilik etməyəcək. Məzənnə dəyişikliyindən çox böyük əziyyət çəkmişəm. Hər dəfə əlimə pul düşdükcə aparıb dollar edirdim ki, ayın axırı kredit borcumu ödəyim. Allah Prezidentimizdən razı olsun, Allah ona can sağlığı versin ki, vətəndaşı çətin sosial durumda qoymadı. Biz hər zaman Prezidentimizə inanırıq, ona arxalanırıq. Məhz bu cür Fərmandan sonra ona olan güvənimiz daha da artdı. Fərman göstərdi ki, biz ona inanmaqda doğru seçim etmişik. Bu Fərmanla bir daha öz xalqının yanında olduğunu, onun rifah halının yaxşılaşdırılmasını düşündüyünü sübut etdi”.

 

# 1320
avatar

Oxşar yazılar