Bu gənc noxuddan unikallığı ilə fərqlənən əşyalar düzəldir - VİDEO
28 fevral 2019 17:01 (UTC +04:00)

Bu gənc noxuddan unikallığı ilə fərqlənən əşyalar düzəldir - VİDEO

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı sakini, Orxan Nərimanov bir müddətdir ki, noxuddan müxtəlif əşyalar, qablar və dekorativ əşyalar düzəldir. 
Noxudlardan dekorativ qablar düzəltməklə hər kəsi təəcübləndirən gənc oğlan əl işlərini sərgiləmək, satışını təşkil etmək və hətta onları hərraclara çıxarmaq istəyir. Satışdan vəsait əldə edib işlərini genişləndirmək fikrində olan O.Məmmədov düzəltdiyi müxtəlif suvenir və qabları “facebook” hərracına çıxarmaq da istəyir. Gənc istedad noxudda düzəltdiyi qabları güldanların hərrac yolu ilə satışından əldə edəcəyi vəsaiti işinin genişləndirməsinə sərf edəcəyini deyir:
 
"10 ildir ki, bu işlə məşğulam. İstərdim daha genişləndirim əl işlərimi. Hədiyyələr etmişəm. Çərçivələr hazırlayıram. Müxtəlif qədim abidələr əl işlərim var. Xaçmazda, Sabirabad və Saatıda sərgilərim olub. İstərdim əl işlərimin satışına keçim, daha böyük auditoriyada əl işlərim sərgilənsin, bunu üçün facebook-da hərracda satışa çıxarım. Əl işlərimi  50-200 manat arasında satılmasını istəyirəm".
 
# 665
avatar

Oxşar yazılar