Ombudsmanın illik məruzəsi parlamentdə dinləniləcək
28 fevral 2019 16:48 (UTC +04:00)

Ombudsmanın illik məruzəsi parlamentdə dinləniləcək

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2018-ci il üzrə  illik məruzəsini Azərbaycan Respublikasının Prezidentinə, Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada  dövlət qurumlarına  göndərib". Bu barədə Lent.az-a Ombudsman Aparatından bildirilib.

 

Verilən məlumata görə, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş  təklif və tövsiyələri öz əksini tapıb.

 

İllik məruzənin martın 5-də Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.

 

Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə mətbu orqanlarda dərc ediləcək.

# 490
avatar

Aygün İbrahimli

Oxşar yazılar