Azərbaycandakı donuzların sayı açıqlandı
28 fevral 2019 12:24 (UTC +04:00)

Azərbaycandakı donuzların sayı açıqlandı

“Azərbaycandakı donuzçuluq təsərrüfatlarının sahiblərinə qapalı şəraitdə fəaliyyət göstərmələri ilə bağlı tapşırıq verilib”.

Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Y.Xanvəlinin sözlərinə görə, hazırda Azərbaycandakı donuzçuluq təsərrüfatlarında təxminən 6 min başa yaxın donuz saxlanılır ki, bu da çox deyil: “Azərbaycan müsəlman ölkəsi olduğu üçün bizdə qonşu Gürcüstan, Rusiya kimi ölkələrdən fərqli olaraq donuzçulq təsərrüfatı ilə geniş məşğul olunmur. Azərbaycanda donuzçuluq təsərrüfatları daha çox Qax, Zaqatala, Xaçmaz, Oğuz, kimi rayonlarda var”.

Y.Xanvəli donuzçuluq təsərrüfatlarında il ərzində “qara yara” və “klassik taun” xətəliklərinə qarşı peyvəndləmə işlərinin həyata keçirildiyini və hazırda epizootik vəziyyətin sabit olduğunu,  A/H1/N1 virusu (donuz qripi) təhlükəsinin olmadığını  da əlavə edib.

 

 

# 435
avatar

Aygün İbrahimli

Oxşar yazılar