28 May qəsəbəsinin yolları yenidən qurulur
28 fevral 2019 12:04 (UTC +04:00)

28 May qəsəbəsinin yolları yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakının qəsəbədaxili yollarında kompleks tədbirlər davam etdirilir. 

 

Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu üzrə yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində növbəti bu cür addım 28 May qəsəbəsində atılır. 28 May qəsəbəsində yenidən qurulan yolların uzunluğu 1.4 km təşkil edir. Yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür.

 

AAYDA-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, 10 minə yaxın vətəndaşın yaşadığı qəsəbənin yolları torpaq əsaslı olduğu üçün gediş-gəlişdə xüsusən yağıntılı günlərdə problemlər yaranırdı: “ Yolların yenidən qurulması ilə 1.4 km-lik hissədə rahat gediş-gəliş təmin olunacaq. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikasının köməyi ilə bunun üçün addımlar atılır”.

  

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

 

Hazırda lazımi qarışıqdan istifadə olunmaqla yeni yol əsası inşa edilir, çiyin hissələr bərkidilir. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlaması işlərinə də start verilib. Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kv.m-ə yaxındır.

 

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək.

 

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun  olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır.

 

# 489
avatar

Səlcuq Elçin

Oxşar yazılar