<b>Azərbaycan serialları ciddi tənqid edildi -<span style="color:red;"> RƏSMİ </b>
27 fevral 2019 16:20 (UTC +04:00)

Azərbaycan serialları ciddi tənqid edildi - RƏSMİ

“Bu gün Azərbaycanda normal, ciddi mövzularda çəkilmiş seriallar olsa da, ucuz gülüş, reytinq naminə çəkilən teleseriallar çoxluq təşkil edir”.

 

Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov deyib.

 

Onun sözlərinə görə, bu hal onu göstərir ki, teleserialların kəmiyyət baxımından artması tendensiyası baş versə də, keyfiyyət baxımından ciddi çatışmazlıqlar var və bu istiqamətdə qətiyyətli addımlar atılmalıdır: “Mövcud problemlərin aradan qaldırılmasında həm yayımçıların, həm də prodakşnların üzərinə böyük məsuliyyət düşür. Onlar reytinq yarışında qalib olmaq naminə milli efiri keyfiyyətsiz, bayağı seriallarla doldurmaqdan uzaq durmalıdırlar. Eyni zamanda toplumun, insanların intellektual inkişafını nəzərə almağa çalışmalı, zövqləri öyrənməyə can atmalıdırlar”.

 

“Yayımçılar serialları sifariş edərkən və ya yayıma buraxarkən onların yaradıcı keyfiyyətinə, cəmiyyətə verdiyi mesajlara diqqət etməlidirlər” deyən şöbə rəhbəri həm kriminal, həm də komediya janrında çəkilən və özəl kanalların efirində yayımlanan seriallarla bağlı hazırda xüsusi narahatçılıqların olduğunu vurğulayıb. “Həmin seriallarda Azərbaycan cəmiyyətinə, azərbaycanlı psixologiyasına, ailə dəyərlərinə, milli dəyərlərə zidd olan hallar, davranışlar kütləvi xarakter daşıyır.

 

Qeyd edim ki, MTRŞ sədrinin mediaya açıqlamasında bildirdiyi iradlarına "Bacanaqlar" və "Qız atası" seriallarının layihə rəhbəri Elməddin Cəfərovun reaksiyası ilə tanış oldum. O bu iradların haqlı olduğunu etiraf edərək nöqsanları qısa müddətə aradan qaldıracaqlarını bildirib. Növbəti motorinqlərdə bunları yoxlayacağıq. Inanırıq ki, problemlərin mövcud olduğu digər teleserialların yaradıcı heyəti də, kanal rəhbərləri də çatışmazlıqların aradan qaldırılması istiqamətində dərhal addımlar atacaqlar”.

 

T.Dadaşov qeyd edib ki, milli film və teleserial çəkilişində dövlət büdcəsindən maliyyələşən yayımçıların  da üzərinə böyük yük düşür. Onun sözlərinə görə, bu yayımçılar mövcud maliyyə, texniki və kadr potensialından istifadə edərək cəmiyyət və ölkə üçün əhəmiyyət kəsb edən müxtəlif mövzularda serial və filmlərin çəkilməsi işinə öz töhfələrini verməlidirlər.

 

 

# 872
avatar

Aygün İbrahimli

Oxşar yazılar