<b><span style="color:red;">Səhiyyə Nazirliyi : "Qeysəriyyə əməliyyatının azaldılmasına nail olacağıq"</b>
27 fevral 2019 16:04 (UTC +04:00)

Səhiyyə Nazirliyi: "Qeysəriyyə əməliyyatının azaldılmasına nail olacağıq"

“2018-ci ildə respublika üzrə doğuşların 27%-i qeysəriyyə kəsiyi ilə başa çatıb”.  Bunu ONA-ya Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
 
O bildirib ki, ötən il Bakı üzrə bu göstərici 33% təşkil edib.
 
S.Məmmədovanın sözlərinə görə, bu ili yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi əsasında, Səhiyyə Nazirliyi tərəfindən qeysəriyyə kəsiyinin sayını azaltmaq və məhdudlaşdırmaq üçün tədbirlər görülür: “Artıq qeysəriyyə kəsiyinin icra olunduğu hər bir müəssisə əməliyyatlar barədə Səhiyyə Nazirliyinə məlumatlar təqdim etməyə başlayıb. Biz həmin məlumatları təhlil edirik. Məlumatlar təhlil olunduqdan sonra tövsiyələr hazırlanacaq, hansı müəssisədə qeysəriyyə kəsiyinin az və ya çox, yaxud əsaslı və ya əsassız olması müəyyənləşdiriləcək və beləliklə, qeysəriyyə kəsiyi əməliyyatının azaldılmasına nail olacağıq”.
 
Baş mama-ginekoloq doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə konkret təkliflərin hazırlandığını, aidiyyəti üzrə bir neçə təlimatın yenidən işlənməsinə başlandığını, ürək-damar və böyrək xəstələri olan hamilələrdə doğuşun idarə olunması ilə əlaqədar işlərin aparıldığını qeyd edib.
# 442
avatar

Oxşar yazılar