[b]Turizm naziri helikopter qəzasında ölüb - Nepalda[/b]
27 fevral 2019 15:52 (UTC +04:00)

[b]Turizm naziri helikopter qəzasında ölüb - Nepalda[/b]

Nepalın turizm naziri Rabindra Adhikari ölkənin şərqində baş verən helikopter qəzasında həyatını itirib. 
 
ONA “Aljazeera”-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsu açıqlama verib. Məlumatda qeyd olunur ki, helikopter Taplecunqdan Terathuma uçarkən meşə ərazisində qəzaya uğrayıb.
 
Helikopter qəzasında ümumilikdə  6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib.
# 618
avatar

Oxşar yazılar